“İstehlakçılar almadıqları məhsula görə ildə yarım milyard manat ödəyirlər” – SENSASİON AÇIQLAMA

“İstehlakçılar almadıqları məhsula görə ildə yarım milyard manat ödəyirlər” – SENSASİON AÇIQLAMA

Hazırda oxunan: “İstehlakçılar almadıqları məhsula görə ildə yarım milyard manat ödəyirlər” – SENSASİON AÇIQLAMA

145614

“Bizim hesablamalarımıza görə, Azərbaycan istehlakçıları il ərzində almadıqları mallara görə ticarət şəbəkələrinə 500 milyon manata yaxın vəsait ödəyir”.

Bunu Bizim.Media-ya açıqlamasında Azad İstehlakçılar İB-nin sədri Eyyub Hüseynov deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bəzi marketlərin yeni hiyləsi: ƏDV-li və ƏDV-siz çeklər - VİDEO 


O təəssüflə qeyd edib ki, Azərbaycanda ticarət şəbəkələri təkmilləşdikcə, müasir texnologiyalar tətbiq edildikcə istehlakçıların aldadılmasının miqyası da böyüyür:

“Ticarət şəbəkələrində istehlakçıların aldadılması ilə bağlı həftə ərzində Azad İstehlakçılar İB-nə 4-5 şikayət daxil olur. Şikayətlərin böyük əksəriyyəti vitrində qoyulan qiymətlə kassa çekindəki qiymətlərdəki uyğunsuzluqla bağlı olur. Bu özbaşnalığın tez-tez təkrarlanmasının tək səbəbi qanunvericilikdə olan boşluqdur.

İstehlakçıların hüquqları haqqında qanun Milli Məclisdə 1995-ci ildə qəbul edilib. Ötən 30 ilə yaxın dövrdə isə çox şey dəyişib. Hazırkı qanunvericilik daha çox ticarət şəbəkələrinin maraqlarını qoruyur. 
Hazırda ticarət şəbəkələrində qeydə alınan daha bir biabırçı fakt ondan ibarətdir ki, kassa çekinə istehlakçının almadığı malların adı və qiyməti əlavə edilir. Şəxsən mən özüm il boyu ən azı 10-15 dəfə belə faktla rastlaşmışam ki, kassa çekində almadığım məhsulların adı və qiyməti əlavə edilib”.

Eyyub Hüseynov belə vəziyyətdə nə etmək lazım olduğunu da xatırladıb:

“İstehlakçı yaxşı olar ki, vitrindəki və kassa çekindəki qiyməti öz telefonunda qeyd eləsin. Bundan sonra məsələ ilə bağlı şikayətini ticarət şəbəkəsinin rəhbərliyinə bildirsin. Rəhbərlik buna laqeyid qaldığı təqdirdə isə İqtisadiyyat Nazirliyini 195 nömrəli qaynar xəttinə müraciət etsinlər. Çünki, belə qanunsuzluğa görə ticarət şəbəkəsi 4-5 min manat cərimələnə bilər.

Bizim apardığımız müşahidələr zamanı belə qanunsuzluğu ticarət şəbəkələrində iki səbəblə izah etmək istəyiblər. Bunun birincisi hər gün artan qiyməti bəhanə göstəriblər. Deyirlər ki, hər gün qalxan qiymətləri çatdırıb yeniləyə bilmirik.

İkinci bəhanə isə çox gülüncdür. Bunu bir çaşqınlıq kimi qələmə vermək istəyiblər. Təbii ki, belə vəziyyətdə mən həmin şəxslərə öz məntiqlə cavab vermişəm:

“Madam işçiləriniz belə tez-tez çaşırsa, qoy bir dəfə də çaşıb kassada aşağı qiymət vursunlar”. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO