Ötən il nə qədər jurnalist öldürülüb? – RƏQƏMLƏR 

Ötən il nə qədər jurnalist öldürülüb? – RƏQƏMLƏR 

Hazırda oxunan: Ötən il nə qədər jurnalist öldürülüb? – RƏQƏMLƏR 

14559

2020-ci ildə dünyada 65 jurnalist peşə vəzifəsini yerinə yetirərkən öldürülüb.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, Beynəlxalq Jurnalistlər Federasiyasının təhlilinə görə bu, 2019-cu illə müqayisədə 17 nəfər çoxdur və ölənlərin sayı 1990-cı illərlə eyni səviyyədədir.

 

MÖVZU İLƏ BAĞLI:

Sosial şəbəkədə rüsvayedici məlumatlar yayacaqlarını dedi - Azərbaycanlı «jurnalist» kimi təhdid etdi?


Federasiyanın məlumatına görə qətllər 16 fərqli ölkədə hücumlar, bombalama və atışlar zamanı baş verib. 

1990-cı ildən bəri ümumilikdə 2680 jurnalist öldürülüb. 

Meksika ən çox jurnalisti öldürülən ölkələr sırasında liderlik edir. Bu ölkədə son 5 ildə 14 cinayət olub. Bu dövrdə Əfqanıstanda 10, Pakistanda 9, Hindistanda 8, Filippin, Suriya, Nigeriya və Yəməndə 4, İraq, Somali, Banqladeş, Kamerun, Honduras, Paraqvay, Rusiya, eləcə də İsveçdə juranlist öldürülüb. 

Hazırda dünya həbsxanalarında 229 jurnalist həbsdədir. Bu məsələdə liderliyi qoruyub saxlayan Türkiyə həbsxanalarında 67 media işçisi saxlanılır. Çində 23, Misirdə 20, Eritreyada 16, Səudiyyə Ərəbistanında 14 jurnalist tutulub. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO