Çörəyin qiyməti ilə bağlı ŞAD XƏBƏR

Çörəyin qiyməti ilə bağlı ŞAD XƏBƏR

Hazırda oxunan: Çörəyin qiyməti ilə bağlı ŞAD XƏBƏR

145574

"İyun ayının sonuna olan məlumata görə, qiymət 2,1 % ucuzlaşıb".

Bizim.Media xəbər verir ki, bunu Trend-ə açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24% ucuzlaşma deməkdir.

"Taxıl qiymətlərinin içində buğdanın da ucuzlaşması qeydə alınır. İyun ayına olan məlumata görə, buğdanın qiyməti 1,3% ucuzlaşıb. Bunun əsas səbəblərindən biri Amerikanın bəzi ştatlarında məhsuldarlığın yüksək olacağı gözləntisidir. Bununla yanaşı, Rusiyada məhsuldarlıq bol olub. Rusiya buğda bolluğuna görə ixrac vergisini də azaldıb".

Ekspertin sözlərinə görə, bütün bunlar ölkəmizdə unun qiymətinin bir neçə ay sonra ucuzlaşmasına təsir göstərə bilər.

"Bu ucuzlaşma 6-9 ay sonra mümkün ola bilər. Çünki un işi ilə məşğul olan sahibkarlar ehtiyatlarını öncədən formalaşdırırlar. Hazırda biz unun qiymətlərində az da olsa, ucuzlaşma müşahidə edirik. Çünki unun maya dəyərinin 95%-i buğdadır. Belə olduqda buğdanın qiymətinin ucuzlaşması unun qiymətinə də təsir edir. Lakin unun ucuzlaşmasının çörəyin qiymətinə təsir etməsi müəyyən qədər vaxt alır. Undakı ucuzlaşmanı çörəyin qiymətində görmürük. Bunun da öz səbəbləri var. Çörəkdə xərclərin infrastrukturu fərqli olur. Çörək istehsalında xammal xərclərinin 45-50%-i unla əlaqədardırsa, digər xərcləri işçilər, daşıma, saxlama, kommunal xərclərdir ki, bunlar ucuzlaşmadığından çörəyə çox da təsir etmir. Un qiymətlərinin çörəyin qiymətinə təsiri "taxıl dəhlizi" haqqında iyulun 17-də bitəcək razılaşmanın uzadılacağına dair vəziyyətdən aslıdır", - deyə Xalid Kərimli bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO