Yerli heyvan cinslərinin yetişdirilməsi niyə MÜŞKÜLƏ ÇEVRİLİB?

Yerli heyvan cinslərinin yetişdirilməsi niyə MÜŞKÜLƏ ÇEVRİLİB?

Hazırda oxunan: Yerli heyvan cinslərinin yetişdirilməsi niyə MÜŞKÜLƏ ÇEVRİLİB?

145480

“Son illər Azərbaycanda cins heyvanların yetişdirilməsi ilə bağlı bir neçə layihə həyata keçirilib. Həm xarici ölkələrdən cins heyvanların gətirilib, həm də Göygöl rayonunda Süni Mayalandırma Mərkəzinin inşa etdirilib və istifadəyə verilib. Bununla belə, bu mərkəzin inşası 14 il davam edib və ümumilikdə təxminən 7 milyon avro vəsait xərclənib”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında aqrar sahə üzrə ekspert Vahid Məhərrəmli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Xaricdən gətirilən heyvanların sağlamlığına kim NƏZARƏT EDİR? – RƏSMİ AÇIQLAMA 


Onun sözlərinə görə, tikilən bina bir neçə dəfə söküldü və yenidən inşa olundu:

“Hətta bina yeni avadanlıqlarla təchiz olundu, ancaq sonradan onlar da dəyişdirildi və başqa ölkələrdən yeniləri alındı. Müqayisə üçün qeyd edək ki, Orta Asiya ölkələrini əhatə edən və Özbəkistanda yerləşən oxşar mərkəzdə ildə 2 milyon toxum dozası əldə edilir. Azərbaycanda isə bu göstərici çox aşağıdır”. 

Əvvəllər Azərbaycan Süni Mayalandırma Mərkəzinin rəsmi saytında seleksiya və süni mayalandırma ilə bağlı rəsmi məlumatları və illik statistikanı əldə etməyin rahat olduğunu söyləyən müsahibimiz qeyd edib ki, indi hansısa məlumat tapmaq da mümkün deyil: 

“Hətta Kənd Təsərrüfatı Nazirliyi ictimaiyyətə hansısa bir məlumat açıqlamır. Mərkəzdə xarici ölkələrdən gətirilmiş cins erkək heyvanlar saxlanılır. Həmin heyvanlardan alınan toxumla ölkədə süni mayalandırma işini yüksək səviyyədə qurmaq olar ki, bunun nəticəsində də xarici ölkələrdən cins heyvan gətirməyə ehtiyac olmayacaq. 

Çünki, bu, Azərbaycan üçün baha başa gəlir və onların ölkənin təbiətinə uyğunlaşması çətin olur. Həmin heyvanlar məhsuldarlığı aşağı düşdüyü üçün 3-4 il sonra çıxdaş olunur. İdxalla məşğul olan şirkətlərin əksəriyyəti keyfiyyətə əhəmiyyət vermirlər. Nə qədər ki, Azərbaycanda süni mayalandırma məsələsi həll olunmayıb, xaricdən idxal davam edəcək”. 

Azərbaycan Süni Mayalandırma Mərkəzində 324 mütəxəssisin fəaliyyət göstərdiyini söyləyən ekspert, onların hər birinin gün ərzində 1 heyvanı mayalandıra bildiyini diqqətə çatdırıb: 

“Amma digər ölkələrdə bir gün ərzində 50 heyvan mayalandırılır. Bu da onunla əlaqədardır ki, ölkədə süni mayalandırma işləri düzgün planlaşdırılmır və ciddi parakəndəlik var. Mayalandırma aparmaq üçün bir kəndə getməyə görə texniki vasitələr lazım olur ki, bu da baha başa gəlir. Ümumiyyətlə, bu işin öhdəsindən gəlmək elə də asan olmadığı üçün sistemləşdirilmə aparılmalıdır”.   

Azərbaycanda yüksək məhsuldarlı cins heyvanların olduğunu söyləyən müsahibimizin sözlərinə görə, bununla bağlı da işlər həyata keçirilməlidir:

“Əgər yeni cins əldə etmək üçün iş görülmürsə, bir müddətdə sonra cırlaşma gedir. İnstitutlar bu işlə ciddi şəkildə məşğul olmalıdırlar. Ancaq təəssüflər olsun ki, həmin  institutların sadəcə adı qalıb. Keçmiş SSRİ dövründə Azərbaycan bu qurumlar ciddi işlər görürdülər və yeni cinslər yetişdirirdilər. İndi isə xarici ölkələrdən idxala üstünlük verirlər ki, bu da böyük xərclər hesabına əldə olunur. 

Nəyə görə, Azərbaycanda istehsal olunan ət və süd məhsulları başa gəlir? 

Çünki, Azərbaycanda cins heyvandarlıq üzərində iş aparılmır və yerli heyvanlar yetişdirilmir. Azərvaycanın yerli iqlim şəraitinə dözən heyvanların yetişdirilməsinə ciddi ehtiyac var. Xaricdən gətirilən heyvanların adaptasiya olunması üçün işlər görülməli və onlar yüksək keyfiyyətli yemlə təmin olunmalı və xüsusi qulluq olıunmalıdır ki, bu ölkəmizdə mümkün deyil”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO