Çimərlik mövsümünə görə 7 marşrut xəttində dəyişiklik edildi

Çimərlik mövsümünə görə 7 marşrut xəttində dəyişiklik edildi

Hazırda oxunan: Çimərlik mövsümünə görə 7 marşrut xəttində dəyişiklik edildi

145470
Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Məqsəd, çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.  

Sfera.az bildirir ki, mövsümi xarakterli dəyişikliyə əsasən, 16.06.2021 tarixindən:

101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Türkan” çimərliyinədək;
107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Buzovna” çimərliyinədək;
146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Şüvəlan” çimərliyinədək;
179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Pirşağı” çimərliyinədək;
180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Zirə” çimərliyinədək;
182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Mərdəkan” çimərliyinədək;
189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin "Ləhic” bağlarına qədər təşkil ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO