Məmmədov soyadlı deputatlardan Məmməd adı ilə bağlı qadağaya REAKSİYA 

Məmmədov soyadlı deputatlardan Məmməd adı ilə bağlı qadağaya REAKSİYA 

Hazırda oxunan: Məmmədov soyadlı deputatlardan Məmməd adı ilə bağlı qadağaya REAKSİYA 

145469

Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə Azərbaycanda uşaqlara Mamed və Məmməd adlarının qoyulmasının qadağan olunması ilə bağlı məlumatlar yayılıb. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına istinadən yayılan xəbərdə həmin adların vahid forması kimi Məhəmməd adının müəyyən olunduğu bildirilir.  

Məsələ ilə bağlı “Qafqazinfo”-ya açıqlama verən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib ki, Komissiya tərəfindən həmin adların vahid forması kimi Məhəmməd adı müəyyənləşib və qərarda hər hansı dəyişiklik yoxdur:  

“Komissiyanın sözügedən adlara qadağa qoymaq kimi səlahiyyəti yoxdur. Biz terminlərin, adların yazılış formalarına baxırıq, Terminologiya Komissiyasının ad verməyə, hansısa adı qadağan etməyə ixtiyarı yoxdur. Biz hansısa adı tövsiyə edirik. O da Komissiyanın üzvləri tərəfindən müzakirə olunur və ədəbi dilə uyğun yazılış qaydası müəyyənləşir. Çünki Muhammed, Mamed, Məmməd, Məhəmməd - hamısı eyni kökdəndir və onlarla bağlı vahid yazılış qaydası formalaşmalıdır. Bu ad 2013-cü ilin orfoqrafiya lüğətində Məhəmməd formasında yazılıb. İndiyə qədər də qayda dəyişməyib”. 
 

MÖVZU İLƏ BAĞLI:

“Məmməd adının qoyulması qadağan deyil” - Terminologiya Komissiyası


Məsələ ilə bağlı Milli Məclisin Məmmədov soyadlı bəzi deputatlarının fikirlərini öyrəndik.  

Deputat Ceyhun Məmmədov məsələyə bu cür münasibət bildirib: 

“Mamed, Məmməd adları bizə rus dövründən qalan yanlış bir formadır. Bu adın orjinalda, yəni ərəb dilində Məhəmməddir. Ərəblər bu formada da istifadə edirlər. Ona görə də düşünürəm ki, bu çox önəmli bir məsələdir. Biz vacib addım atmalıyıq. Yəni ancaq Məhəmməd adlarından istifadə edilməlidir.  

Zaman-zaman biz bəzi adları ruslardan əxz eləmişik. Ruslar Məhəmmədi Mamed kimi yazırlar. Biz də ruslardan eynisini götürürük. Buna ehtiyac yoxdur. Orjinalda bu ad necə yazılırsa, o cür də istifadə etməliyik. Növbəti mərhələdə biz “ov”, “yev” soyad sonluğundan xilas olacağıq. Bu da ruslardan bizə qalan növbəti bir mirasdır”.  

Milli Məclisin üzvü Hikmət Babaoğlu (Məmmədov) isə məsələyə tamamilə fərqli yanaşıb: 

“Hamımız bilirik ki, Məmməd Mühəmməd adından götürülüb. Yəni ərəb dilində Mühəmməd deyilir və yazılır. Onda gərək biz Məhəmməd adından da imtina edək. Azərbaycan dilinin linqvistik və morfoloji qaydalarına uyğun olaraq qoşa samitli sözlərin arasında olan ardıcıllıq qoyulmağa çalışılıb. Beləliklə də Mühəmməd sözü Məmməd və Məhəmməd kimi tələffüz olunur.

Məsələ ondadır ki, bu ad Azərbaycan dilində özünə pasport qazanıb.Yəni  Məhəmməd bizim dilimizdə müstəqil leksik bir addır. Siz gedib Ərəbistanda kiməsə Məhəmməd desəniz o başa düşməyəcək ki, söhbət kimdən gedir. Bu da onu sübut edir ki, həm Məmməd, həm də Məhəmməd adları bizim milli adlarımızdır. Baxmayaraq ki, bu adlar mənşə etibarı ilə Mühəmməddən qaynaqlanır.  

Ona görə də bu cür yanaşma qətiyyən doğru deyil. Çünki, Məhəmməd sözü ərəbin Mühəmməd sözündən daha çox türkün Məmməd sözüdür.

Ona görə də hamımız bu addan sevə-sevə istifadə edirik. Nəzərə alaq ki, Məmmədov soyadı Əliyev soyadından sonra Azərbaycanda ən çox istifadə edilən ikinci soyaddır. Ona görə də Məmməd adından imtinanı doğru hesab etmirəm”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO