Pentensiar xidmətin yeni rəisi Mirsaleh Seyidov kimdir? – DOSYE  

Pentensiar xidmətin yeni rəisi Mirsaleh Seyidov kimdir? – DOSYE  

Hazırda oxunan: Pentensiar xidmətin yeni rəisi Mirsaleh Seyidov kimdir? – DOSYE  

145453

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. 

Prezidentin imzaladığı digər sərəncamla Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib. 

Bizim.Media xəbər verir ki, M.Seyidov 2011-ci ilədək 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi olub.

Həmin ilin iyulunda isə o, 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsinə təyinat alıb.

Mirsaleh Seyidov sonrakı illərdə Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsini icra edib. O, 2016-cı ilin 13 oktyabrında bu vəzifəyə təyin olunub. 

MÖVZU İLƏ BAĞLI:

Mirsaleh Seyidov Penitensiar xidmətə yeni rəis təyin EDİLDİ


M.Seyidov rütbəcə ədliyyə polkovnikidir. 

O, 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO