Ağcabədidə keçirilən toy mərasimində kütləvi zəhərlənmə olub.
Bizim.Media xəbər verir ki, hadisə Rəncbərlər kəndində qeydə alınıb.
Məlumata görə, ötən gün kənddə təşkil olunan toyda iştirak edən 34 nəfər qidadan zəhərlənib. Onlar dərhal Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
33 nəfər ambulator tibbi yardımdan sonra evə buraxılıb. Yalnız bir nəfərin, 16 yaşlı şəxsin müalicəsi xəstəxanada davam etdirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:39 / 10.07.2023
Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ: 34 nəfər xəstəxanalıq OLDU
Hazırda oxunan: Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ: 34 nəfər xəstəxanalıq OLDU
Hazırda oxunan: Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ: 34 nəfər xəstəxanalıq OLDU
145424
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.