Türkiyə təyyarəsi Bakıya təcili eniş ETDİ – SƏBƏB  

Türkiyə təyyarəsi Bakıya təcili eniş ETDİ – SƏBƏB  

Hazırda oxunan: Türkiyə təyyarəsi Bakıya təcili eniş ETDİ – SƏBƏB  

145422

"Turkish Airlines" aviaşirkətinin İstanbul-Hoşimin reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub. 

Heydər Əliyev Beynəlxalq Aeroportundan Bizim.Media-ya verilən məlumata görə, "Airbus A350" təyyarəsi yerli vaxtı ilə saat 06:52-də Bakı hava limanında uğurla eniş edib. 

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO