Kürdəmirdə ağır qəza: Yaralı Bakıya gətirildi - FOTO

Kürdəmirdə ağır qəza: Yaralı Bakıya gətirildi - FOTO

Hazırda oxunan: Kürdəmirdə ağır qəza: Yaralı Bakıya gətirildi - FOTO

145378

Kürdəmirdə ağır avtomobil qəzası baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomaşınla “Shevrolet” markalı avtomaşının toqquşması nəticəsində rayonun Atakişili kənd sakini, 57 yaşlı Həşimov Qabil Əjdər oğlu müxtəlif dərəcəli ağır bədən xəsarəti alıb.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Yaralının vəziyyəti ağır olduğundan onu Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO