Hacıqabulda təcili yardım maşını AŞDI - TİBB BACISI XƏSARƏT ALDI

Hacıqabulda təcili yardım maşını AŞDI - TİBB BACISI XƏSARƏT ALDI

Hazırda oxunan: Hacıqabulda təcili yardım maşını AŞDI - TİBB BACISI XƏSARƏT ALDI

145294

Hacıqabulda təcili tibbi yardım maşını qəzaya uğrayıb, tibb bacısı ağır yaralanıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan avtomobil təcili tibbi yardım maşını ilə toqquşub. Nəticədə yoldan çıxaraq aşan təcili yardım avtombilində olan tibb bacısı ağır xəsarətlər alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib.
Qəzanı törədən sürücü hadisə yerindən yayınıb.

Hazırda onun tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO