Astanada keçirilən hərbi-musiqi festivalı başa çatıb - FOTO 

Astanada keçirilən hərbi-musiqi festivalı başa çatıb - FOTO 

Hazırda oxunan: Astanada keçirilən hərbi-musiqi festivalı başa çatıb - FOTO 

145267

Qazaxıstanın Astana şəhərində “Astana - mədəniyyət karvanı” adlı birinci beynəlxalq hərbi-musiqi festivalının başa çatması münasibətilə təntənəli bağlanış mərasimi keçirilib. 

Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, “Barıs Arena” buz sarayında təşkil edilən mərasimdə iştirakçı ölkələrin solistlərinin hərbi orkestrlərin müşayiəti ilə ifa etdiyi musiqilər, təqdim olunan hərbi marşlar və milli rəqslər tamaşaçıların böyük marağına səbəb olub. 

Qeyd edək ki, Astana şəhərinin 25 illiyinə həsr olunan festivalda ölkəmizi Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi təmsil edib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO