Şabranda mürəkkəb relyefli ərazidəki yanğın məhdudlaşdırılıb - YENİLƏNİB - VİDEO  

Şabranda mürəkkəb relyefli ərazidəki yanğın məhdudlaşdırılıb - YENİLƏNİB - VİDEO  

Hazırda oxunan: Şabranda mürəkkəb relyefli ərazidəki yanğın məhdudlaşdırılıb - YENİLƏNİB - VİDEO  

145257

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb. 

Bizim.Media xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları və bir qrup kənd sakini cəlb olunub. 
Əlavə məlumat veriləcək.

*** 19:00

Şabranda mürəkkəb relyefli ərazidə yanğın başlayıb, 2 helikopter cəlb olunub. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

“112” qaynar telefon xəttinə Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub. 

Görülmüş operativ tədbirlər sayəsində yanğının kənd istiqamətində yayılmasının qarşısı alınıb.

Hazırda havanın küləkli olması ərazidə yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də, yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Əlavə məlumat veriləcək. 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO