Rayondan ucuz aldığımız tərəvəzin qiyməti paytaxda əl yandırır - Səbəb? - Ekspertlərdən AÇIQLAMA 

Rayondan ucuz aldığımız tərəvəzin qiyməti paytaxda əl yandırır - Səbəb? - Ekspertlərdən AÇIQLAMA 

Hazırda oxunan: Rayondan ucuz aldığımız tərəvəzin qiyməti paytaxda əl yandırır - Səbəb? - Ekspertlərdən AÇIQLAMA 

145231

Şəhər mərkəzindəki mağazalard,bazarlarda  satılan tərəvəz məhsulları mövsümə görə baha satılsa da şəhərdən bir qədər uzaqlaşdıqda qiymətlərin normallaşdığını müşahidə edirik.  
Məsələn, kartofun kiloqramı rayon və şəhərətrafı qəsəbələrində 50 qəpikdirsə, mərkəzdə qiymətlər 1 manat civarında dəyişir. 

Bəs qiymətlər arasında bu qədər kəskin fərqləri yaradan səbəb nədir? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, şəhər, şəhərətrafı və rayonların qiymət fərqin səbəbi əsasən şəhər daxilindəki bazarların inhisarlaşmasıdır: 

“Bu il qiymətlər keçən ilki qədər ucuzlaşmayıb və bu gözlənilmir.  Amma şəhər, şəhərətrafı qəsəbələr və rayonların qiymət fərqin səbəbi, əsasən şəhər daxilindəki bazarların inhisarlaşmasıdır. Bu bazarlara birbaşa giriş təmin edilsə, kəndlə şəhər arasında qiymət fərqi 15-20 faiz olar”.  

İqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə isə kənd təsərrüfatı məhsullarının şəhər və ətraf ərazilərdə fərqli qiymətlərə satılması iqtisadiyyatın müvafiq qanunlarından irəli gəlir.

“Tələb və təklif nisbəti məsələsi, daşınma xərcləri var ki, bunlari nəzərə  almaq lazımdır. Heç bir zaman kənd təsərrüfatı məhsullarının şəhərdə rayondakı qədər olmasını tələb etmək olmaz. İstəyir ölkə üzrə kənd təsərrüfatı məhsulları tədarükü sahəsində məhsuldarlıq yüksək səviyyədə,və yaxudda  aşağı səviyyədə olsun. Mövcud səbəblər şəhərdə tərəvəz məhsulları kənar və rayonlara nisbətən baha olması zərurətini yaradır” 

Ekspert bildirib ki, bu mövzuda bəzi problemləri aradan qaldıraraq yaranmış böyük qiymət fərqini aşağı salmaq mümkündür: 

“Burda subyektiv səbəblər axtarmalı olmasaq da bir qədər  subyektiv səbəblər də mövcuddur. Məsələn kənd təsərrüfatı məhsullarının şəhərə daşınma xərclərini realdan aşağı olmasını , daşınma üzrə müvafiq maneələri aradan götürmək olar, yaxud da daşınmanı asanlaşdırmaq olar. Bu məhsulların şəhərdə satışının şəffaf xarakter daşımasını, sahibkarların öz məhsullarını marketlərə birbaşa sata bilməsini təşkil etmək vacibdir”. 

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO