Qərb bölgəsində turizm niyə inkişaf etmir? – Səbəblər AÇIQLANDI/FOTO

Qərb bölgəsində turizm niyə inkişaf etmir? – Səbəblər AÇIQLANDI/FOTO

Hazırda oxunan: Qərb bölgəsində turizm niyə inkişaf etmir? – Səbəblər AÇIQLANDI/FOTO

145223

“Gözəl havası, təbiəti, tarixi abidələri, gəzməli-görməli yerləri, mətbəxi, qonaqpərvərliyi ilə seçilən Azərbaycanın Qərb rayonları turizmin inkişafı baxımından digər bölgələrdən geri qalır.

Bu gün bölgəmizdə turizmin inkişaf etdirilməsi üçün bütün şərait və imkanlar var. Ölkəmizə gələn xarici qonaqların marağını cəlb etmək üçün lazım olan infrastrukturun qurulması, turistlərin maraqlarını cəlb edəcək məkanların daha da inkişaf etdirilməsi əsas prioritetlərindəndir. Biz tirizmin inkişafına xidmət göstərən və bu sahə ilə məşğul olan sahibkarların maarifləndirilməsini çox önəmli sayırıq. Hesab edirik ki, regionda qonaqlama işi ilə məşğul olan iş adamlarının fəaliyyətlərinin daha da təkminləşdirilməsi üçün onların bu sahədə olan bilik və bacarıqlarının artırılmasına ehtiyac var”. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu sözləri "Gəncə şəhərində və Gəncə ətrafında qeyri-mehmanxana qonaqlama imkanlarının artırılması məqsədilə mikro sahibkarlara dəstək və onların bacarıqlarının artırılması" layihəsi çərçivəsində təşkil olunan 3 günlük təlimlərin açılışında layihə rəhbəri Sevinc Hüseynova söyləyib. 

O bildirib ki, layihənin region üçün əhəmiyyəti çox böyükdür və bu sahədə fəaliyyət göstərən sahibkarların şəbəkəsinin formalaşması çox vacib məsələlərdəndir: 

“Bu gün turistlər qərb bölgəsinə uzun müddətli dincəlmək üçün, gəzmək üçün çox da böyük maraq göstərmirlər. Çünki Gəncə və ətraf regionlar paytaxtdan bir qədər uzaqda yerləşir. Deməli, biz bu regionda turistlərin maraqlarını cəlb edəcək infrasrtukturu yaratmalı, burada qədimiliyi və tariximizi əks etdirə biləcək məkanlar yaratmalıyıq. “Qonaqlama işinin təşkili” və “Rəqəmsal marketinq və beynəlxalq qonaqlama platformalarında listinq” təlimlərində biz bu sahə ilə məşğul olan, Gəncə və Göygöl ərazisində yaşayan qeyri-mehmanxana qonaqlama- hostel, yay evləri kirayəsi ilə məşğul olan sahibkarlar üçün maarifləndirmə təlimləri keçiririk.

Burada sahibkarlar 3 gün ərzində beynəlxalq təcrübədən yararlanaraq turistlərin bölgəyə cəlb olunması, qəbulu, qarşılanması, onlara keyfiyyətli xidmətin göstərilməsi qaydaları, o cümlədən yaşadıqları bölgənin tarixi abidələri və gəzməli-görməli məkanlarının tanıtımının qaydaları ilə tanış oldular” - deyə S.Hüseynova Bizim.Media-ya açıqlamasında bildirib. 

Dövlət Turizm Agentliyi tərəfindən "Turizm sahəsində layihələrin maliyyələşdirilməsi üzrə 1-ci qrant müsabiqəsi" çərçivəsində maliyyələşdirilən “Qonaqlama işinin təşkili” və “Rəqəmsal marketinq və beynəlxalq qonaqlama platformalarında listinq” təlimlərində ilkin mərhələdə Gəncə və Göygöl rayonundan 15 fərdi sahibkar iştirak edir. Təlim nəticəsində fərdi sahibkarlar öz qonaqlama biznes obyektlərini beynəlxalq qonaqlama platformalarında necə listinq etmələri, fəaliyyətlərinin marketinq və reklam işinin təşkili, habelə qonaq qəbul etmə və qonaqlama xidmətlərinin yüksək səviyyədə göstərilməsini öyrənəcəklər. Təlimlər 3 gün ərzində davam edəcək və sonra onlara sertifikatlar təqdim ediləcək. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO