Vasif Tağıyev yenidən əməliyyat OLUNDU - VİDEO 

Vasif Tağıyev yenidən əməliyyat OLUNDU - VİDEO 

Hazırda oxunan: Vasif Tağıyev yenidən əməliyyat OLUNDU - VİDEO 

145214

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyev ötən gün yenidən əməliyyat olunub. 

Bizim.Media "oxu.az"a istinadən xəbər verir ki, bunu açıqlamasında onun anası Təranə Tağıyeva bildirib. 

O bildirib ki, oğlunun çənə sümüyü üzərində əməliyyat olunub: 

“Hücum zamanı Vasifə iki güllə dəymişdi. Çənəsinin bərpası üçün implant qoyulmuşdu. Əməliyyat edib, onları çıxardılar. İki həftə yemək yeməyində çətinliklər olacaq”.  

O qeyd edib ki, Vasifin vəziyyəti yaxşıdır.  

Xatırladaq ki, V.Tağıyev hücum zamanı altı qəlpə yarası almış və əməliyyat olunmuşdu.

27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30-da Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Mahir İmanov və Vasif Tağıyev - hücumun qarşısını alarkən yaralanıb.  

Öldürülən baş leytenant O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO