Şəki şəhərinin 2711 illiyi qeyd EDİLDİ - FOTO

Şəki şəhərinin 2711 illiyi qeyd EDİLDİ - FOTO

Hazırda oxunan: Şəki şəhərinin 2711 illiyi qeyd EDİLDİ - FOTO

145195

Şəkidə “Şəhər günü”nün keçirilməsi hansı tarixi hadisəyə təsadüf edir.

Ölkəmizin qədim sənət və mədəniyyət mərkəzlərindən olan bu şəhərin 2711 illiyi qeyd edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəhər gününə həsr edilən bayram tədbirləri şəhərin mərkəzində, böyük şairimiz Bəxtiyar Vahabzadə adına parkın qarşısındakı meydanda təşkil olunub.

Mərasimdə çıxış edənlər bildirib ki, qədim mədəniyyətə malik Şəkidə “Şəhər günü” böyük coşquya səbəb olub. Bu il şəhərin 2711 illiyidir. Belə ki, pandemiyadan sonra şəhər sakinləri ilk dəfədir bir araya gəlir. Digər tərəfdən Vətən müharibəsində əldə olunan şanlı Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz təmin olunub. 

Diqqətə çatdırılıb ki, 2019-cu il iyulun 7-də Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. 
2021-ci il iyulun 7-də Şəkidə keçirilən təntənəli mərasimdə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı təşkilatın baş direktoru tərəfindən imzalanan sertifikat şəhər rəhbərliyinə təqdim olunub. Həmin tədbirdə hər il iyulun 7-nin Şəkidə “Şəhər günü” kimi qeyd olunması qərara alınıb.

Bayram tədbirinin iştirakçıları rəngarəng konsert proqramını izləyib. Belə ki, Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədovanın, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, Türkiyənin Safranbolu bələdiyyəsinin Xalq Oyunları qrupunun çıxışları tədbir iştirakçılarının ürəyincə olub. 

Sonda ifaçı və kollektivlərə xatirə hədiyyələri və mükafatlar təqdim edilib.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO