Ağdaşda yük maşını YANDI - VİDEO 

Ağdaşda yük maşını YANDI - VİDEO 

Hazırda oxunan: Ağdaşda yük maşını YANDI - VİDEO 

145173

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş rayonu, Qaradağlı kəndi ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Ağdaş Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “Kamaz” markalı yük avtomobilinin kabinasında baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib. 

Yanğın nəticəsində avtomobilin kabina hissəsi yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO