Şəmkirdə kişi həyat yoldaşını güllələyib

Şəmkirdə kişi həyat yoldaşını güllələyib

Hazırda oxunan: Şəmkirdə kişi həyat yoldaşını güllələyib

145144

Şəmkirdə qadın odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb. Bu barədə rayon polis şöbəsinə məlumat daxil olub.  

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bizim Media-nın yerli bürosuna bildirib ki, dərhal hadisə yerinə polis əməkdaşları gələrək müvafiq tədbirlər həyata keçirib. 

İlkin araşdırmalar zamanı hadisəni qadının həyat yoldaşı, 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Əfsun Əhmədovun ov tüfəngi ilə törətməsi məlum olub.

Yaralı xəstəxanaya yerləşdirilib, cinayəti törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.  
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyat yoldaşı 1999 təvəllüdlü Z. Əhmədovaya odlu silahla xəsarət yetirməkdə şübhəli bilinən Əfsun Əhmədov hadisəni törətdiyi ov tüfəngi ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Məqsəd Rəhimov, Bizim.Media Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO