Ebru Gündəşi Şəmkirə toya gətirən iş adamı Bakıda bu məşhur ticarət mərkəzinin sahibi imiş - FOTO

Ebru Gündəşi Şəmkirə toya gətirən iş adamı Bakıda bu məşhur ticarət mərkəzinin sahibi imiş - FOTO

Hazırda oxunan: Ebru Gündəşi Şəmkirə toya gətirən iş adamı Bakıda bu məşhur ticarət mərkəzinin sahibi imiş - FOTO

145083

Elza Seyidcahanın bomba kimi gündəmə düşməsinin ardıyca ikinci partlayış türkiyəli müğənni Ebru Gündəşlə səs saldı. Sosial şəbəkələrdə və mediada yayılan məlumatlardan belə məlum oldu ki, məşhur sənətçi Azərbaycana gəlib. Şəmkirdə sünnət mərasiminə dəvət alan müğənni səhnədə canlı orkestr ilə çıxış edib, hit mahnılarını səsləndirib. 

Toyda Ebru Gündeşdən başqa yerli sənətçilər də iştirak ediblər. Amma onların iştirakı Ebrununki qədər rezonans doğurmayıb.

Bizim.Media xəbər verir ki, "demokrat.az" oğlunun kiçik toyuna türkiyəli müğənnini dəvət edən şəmkirli iş adamı Aydın Musayev haqqında bəzi məlumatlar əldə edib. 

Məlum olub ki, o, Bakıdakı “Metropark” ticarət mərkəzinin sahibidir.

A.Musayevin bundan başqa bir çox ticarət obyektləri də var. Həmçinin, Moskvada meyvə ticarəti ilə məşğuldur. Necə deyərlər, “varlığa nə darlıq”… 

Ümumiyyətlə, Azərbaycanda toy mərasimi deyəndə ağıla ilk israfçılıq, artıq yerə xərclənən pullar, masalarda qalan yemək və içki qalıqları gəlir. Artıq toy deyəndə Ebru Gündeşi də xatırlayacayıq. 
Ümid edək ki, ölkədə marağa və müzakirələrə səbəb olan bu hadisə özü ilə birlikdə yeni dəb formalaşdırmayacaq. Nə də olsa, tək Ebruya deyil, öz yerli müğənnilərimizə də toylarda xərclənən külli-miqdarda pula cəmiyyətə faydası dəyəcək xeyli işlər görmək olar.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO