Yanlış qərar işsizliyə səbəb OLA BİLƏR – Magistratura ixtisası seçərkən nəyə DİQQƏT ETMƏLİ?

Yanlış qərar işsizliyə səbəb OLA BİLƏR – Magistratura ixtisası seçərkən nəyə DİQQƏT ETMƏLİ?

Hazırda oxunan: Yanlış qərar işsizliyə səbəb OLA BİLƏR – Magistratura ixtisası seçərkən nəyə DİQQƏT ETMƏLİ?

145079

Magistraturaya ixtisas seçimi davam edir. Lakin bir çox namizəd bu mövzuda tərəddüdlü qalır. Narahatedici  məqam isə gələcəkdə həmin sahə üzrə iş tapa bilməməkdir.

Bitirdiyi sahə üzrə iş tapa bilməyənlər yeni sahəyə yönlənmək istəyirlər. Namizədlər əksər hallarda daha çox bakalavrın üz tutduqları ixtisasa yönəlirlər. Bu da nəticədə həmin sahədə də kadr çoxluğundan bir müddət sonra işsizliyə gətirib çıxarır.

Əksər bakalavrlar isə aşağı bal topladığına görə ixtisas seçimi zamanı plan yerləri dolmuş olur. Qarşılaşdırdıqda da görünür ki, 50 baldan yuxarı və aşağı qəbul olmuş tələbələrin sayında böyük fərq var.

Bəs gələcəkdə işsiz qalmamaq üçün necə seçim etməli?

Bizim.Media-ya açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndinin sözlərinə görə, bakalavrların ixtisas seçimi edərkən daha çox təlabat olan sahələrə üstünlük vermələri məsləhətlidir. 

“Magistraturaya  ixtisas seçimi edərkən yaxşı olar ki, namizədlər əmək bazarını araşdırsınlar. Xüsusi olaraq diqqət yetirməli olduqları məqam onların topladıqları bala uyğun ixtisas seçimi etmələridir. Düzdür burda dövlət sifarişi üzrə plan yerində artım müəyyən qədər keçid ballarına təsir etmiş olacaq. Ancaq dövlət sifarişli yerlərdən fərqli olaraq ödənişli plan yerlərinə qəbulda olduqca diqqətli olunmalıdır.

Ödənişli əsaslarla olan ixtisaslar da var ki, orda məsələ bir qədər qəlizdir. Ona görə də ödənişli əsaslarla ixtisas seçimində daha çox diqqətli olmaq vacibdir.

Yaxşı olar ki, olduqca çox araşdırma aparıb hansı universitetlər, hansı ixtisaslar daha uyğundursa, məhz onları seçsinlər. Bakalavrların daha çox AİT, intellekt,  texnologiya, eyni zamanda bu tip ixtisaslara üstünlük vermələri tövsiyə olunur”.



QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması- bəndinə uyğun olaraq hazırlanıb.

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO