9 ildir pensiyası kəsilən vətəndaşdan ŞİKAYƏT – “Məni Psixi Sağlamlıq Mərkəzinə yerləşdirirlər”

9 ildir pensiyası kəsilən vətəndaşdan ŞİKAYƏT – “Məni Psixi Sağlamlıq Mərkəzinə yerləşdirirlər”

Hazırda oxunan: 9 ildir pensiyası kəsilən vətəndaşdan ŞİKAYƏT – “Məni Psixi Sağlamlıq Mərkəzinə yerləşdirirlər”

145017

Bakı sakininin vaxtilə II dərəcəli əlillik təyinatına görə aldığı pensiyası 9 ildir ki, kəsilib. Söhbət 1973-cü il təvəllüdlü Nərimanov rayon, Əliyar Əliyev küçəsi ev 5 ünvanında yaşayan Yasin Arif oğlu Abbasovdan gedir. 

2004-cü ildə ölümcül yol-nəqliyyat qəzası keçirən Yasin Abbasova bir il sonra çiyin, çənə, qabırğa sınığı, beyin silkələnməsi və yaddaş pozğunluğu diaqnozu ilə əlillik təyin edilib.

Əmək qabiliyyətini də elə o qəzadan sonra itirən Yasin Abbasov ardıcıl olaraq 9 il pensiya alıb və dolanışığını da həmin məbləğ hesabına təmin edib. Amma sonradan heç bir əsas gətirilmədən pensiyası kəsilib. 

Bizim.Media-ya müraciət edən şikayətçinin dediyinə görə illər keçəndən sonra yaddaş pozğunluğu daha da dərinləşib və görmə qabiliyyəti zəəifləyib.

“Ölümcül qəzadan sonra 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirildim və 8 gün komada qaldım. Hər il xəstəxanada müalicə alırdım və müayinədən keçdiyim polinklinikada pulsuz dərmanlarla təmin olunurdum. Pensiyam kəsiləndən sonra o dərmanları da mənə vermədilər. Hansı ki, həmin dərmanlar satışda yoxdur. 

Mənim ən böyük əziyyətim də elə ondan sonra başladı. 

Pensiyam bir neçə ildir ki, kəsilib. Əvvəlcə DOST Agentliyinə yaxınlaşdım. Orada müayinələrdən keçəndən sonra məni Respublika Əlillərin Bərpa Mərkəzinə göndərdilər. Bir neçə dəfə həmin mərkəzdə olmuşam. 

Sonuncu dəfə məndən qəbul etdiyim dərmanlarla bağlı sənəd tələb olundu. Cibimdən dərmanları çıxarıb göstərsəm də qane omadılar. Bununla bağlı müayinə keçdiyim polinklinikadan sənəd gətirməyimi istədilər. Sənəd də gətirdim. Respublika Əlillərin Bərpa Mərkəzindən sənədə baxıb Psixi Sağlamlıq Mərkəzinə yerləşdirilməmi istədilər.

Nəhayət nevropotoloqa göndərildim. O, isə psixi Sağlamlıq Mərkəzində müalicə almağıma gərək olmadığını bildirdi. 

Bu cür get-gələ salırlar. Heç bir yerdən gəlirim yoxdur. Hara gedirəmsə, səhhətimlə bağlı 2 gündən artıq işləyə bilmirəm. Əlilliyə görə müavinətə ehtiyacım var. Onu isə  ala bilmirəm”. Şikayətçinin problemi ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. 

Mərkəzin mətbuat katibi Tural Qurbanov Bizim.Media-ya açıqlamasında bildirib ki, Abbasov Yasin Arif oğluna aid əlilliyin qiymətləndirilməsi ilə bağlı qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən son 2 il ərzində heç bir forma-88 sənədi Əlillik altsisteminə daxil edilməyib:

“Belə olan halda qiymətləndirilmə aparılması mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsinin həkimləri tərəfindən şəxslə bağlı yeni göndəriş rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək. Problem bizlik deyil. Yaxud vətəndaş TƏBİB-ə yaxınlaşmalıdır”, -deyə mərkəz rəsmisi əlavə edib.










Alçina Amiilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO