Əlil arabasında olan şəxsi vurub qaçdı, SAXLANILDI

Əlil arabasında olan şəxsi vurub qaçdı, SAXLANILDI

Hazırda oxunan: Əlil arabasında olan şəxsi vurub qaçdı, SAXLANILDI

145016

Daxili İşlər Nazirliyi Bərdədə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, iyulun 6-da saat 22 radələrində Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonunun ərazisindən keçən hissəsində sürücü - 1987-ci il təvəllüdlü, Bərdə rayon sakini Sadiq Sadıqov "VAZ-2107" markalı avtomobillə əlil arabası ilə hərəkətdə olan 1951-ci il təvəllüdlü, Yevlax rayon sakini, I qrup əlil Hüseyn Əsgərovu vurub.

Nəticədə H.Əsgərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü keçirilmiş tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO