Şəkililərə MÜJDƏ: Şəhərdaxili hərəkət planı HAZIRLANIR - FOTO

Şəkililərə MÜJDƏ: Şəhərdaxili hərəkət planı HAZIRLANIR - FOTO

Hazırda oxunan: Şəkililərə MÜJDƏ: Şəhərdaxili hərəkət planı HAZIRLANIR - FOTO

145012

Azərbaycan Texniki Universitetinin Logistika və Nəqliyyat İnstitutunda yerinə yetirilən “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsi çərçivəsində Şəkidə ictimai müzakirələr keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd şəhərin nəqliyyat infrastrukturunun kompleks inkişafı proqramının hazırlanmasıdır.

Həmçinin ictimai sərnişin nəqliyyatı ilə əhaliyə nəqliyyat xidmətlərinin təşkili üzrə sxemin, nəqliyyat infrastrukturunun və yol hərəkətinin təşkili sxeminin hazırlanmasından ibarətdir. 

İctimai müzakirlərdə nəqliyyat infrastrukturu zonalarına dair məlumatlar, yolların keyfiyyəti, nəqliyyat və avtonəqliyyat vasitələri parkının strukturu ilə bağlı ictimaiyyətin fikirləri dinlənilib.

Həmçinin şəhər əhalisinə nəqliyyat xidmətlərinin bütün növləri üzrə, o cümlədən marşrut şəbəkəsi, hərəkət tərkibi, sərnişin daşıyan təşkilatların nəqliyyat xidməti, avtomobil yollarında hərəkət sıxlığı və digər məsələlər müzakirə olunub. 
Müzakirələrdə ictimaiyyət nümayəndələrinin fikirlərinə əsasən müvafiq qeydlər aparılıb, suallar cavablandırılıb. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO