Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü TUTULDU – FOTO  

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü TUTULDU – FOTO  

Hazırda oxunan: Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü TUTULDU – FOTO  

145002

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb olunub. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarəsində olan "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasına pozduğuna görə rayon sakini Ələsgər Soltanov saxlanılıb.
Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili hüququ olmadan və eyni zamanda, narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib. 

Aşkarlanan xətalara görə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Ə.Soltanov məhkəmənin qərarına əsasən 15 gün müddətinə inzibati qaydada həbs edilib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO