Gəncə sakini Samuxda BIÇAQLANDI

Gəncə sakini Samuxda BIÇAQLANDI

Hazırda oxunan: Gəncə sakini Samuxda BIÇAQLANDI

144991

Samuxda 28 yaşlı gənc naməlum şəraitdə  bıçaqlanıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İnstitut qəsəbəsində baş verib. 

Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Rəşad Rəsulov qarın nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Zərərçəkən dərhal əməliyyata götürülüb.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir. R. Rəsulovun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması hələlik məlum deyil. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO