Lisey və gimnaziyalara qəbulun nəticələri AÇIQLANDI 

Lisey və gimnaziyalara qəbulun nəticələri AÇIQLANDI 

Hazırda oxunan: Lisey və gimnaziyalara qəbulun nəticələri AÇIQLANDI 

144983

2023-2024-cü tədris ili üzrə 32 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada keçirilən lisey və gimnaziyalara qəbul nəticələri elan olunub. 

Bizim.Media xəbər verir ki,bu barədə Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Şagirdlərin elektron yerdəyişməsi üzrə portalda (//sy.edu.az) şəxsi kabinetlər vasitəsilə nəticələrlə tanış olmaq mümkündür. 

Bildirilib ki, şagirdlər seçim etdikləri lisey və ya gimnaziyalara qəbul olduqları təqdirdə şəxsi kabinetlərinə daxil olaraq 17 iyul saat 17:00-dək qəbul olduqları müəssisəni təsdiqləməlidirlər.

Qeyd olunan tarixədək müəssisə təsdiqlənmədiyi halda qəbul nəticəsi etibarsız hesab ediləcək. 

Lisey, yaxud gimnaziyaya qəbul olan və qəbulu təsdiq edən şagirdlərin sorğuları sistem açılan zaman avtomatik yaradılacaq. Sənəd qəbulu isə avqust ayında həyata keçiriləcək. 

Qəbul nəticələri ilə bağlı müraciətləri 11 iyul saat 12:00-dək müvafiq elektron poçt ünvanına ([email protected]) yönləndirə bilərsiniz. 

Qeyd edək ki, 19 925 şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak hüququ qazanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO