İsti yay günlərində hansı qidalar TƏHLÜKƏLİDİR? – Mütəxəssisdən AÇIQLAMA 

İsti yay günlərində hansı qidalar TƏHLÜKƏLİDİR? – Mütəxəssisdən AÇIQLAMA 

Hazırda oxunan: İsti yay günlərində hansı qidalar TƏHLÜKƏLİDİR? – Mütəxəssisdən AÇIQLAMA 

144930

Yay mövsümündə qidalanmamız digər fəsillərdən daha fərqli olur. İsti olduğu üçün qida rasionumuzda yüngül qidalar üstünlük təşkil edir. Lakin çoxumuzun diqqətsiz yanaşdığı yaxud da bilmədiyi vacib nüanslar var ki, bu zəhərlənmələrə yol aça bilir. 

Xüsusilə də isti yay günlərində, əksəriyyətimizin sevərək istifadə etdiyimiz müxtəlif salat və ya aldığımız hazır məhsullar sağlamlığımız üçün problemlərə yol aça bilər.  

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirir ki, xüsusilə risk qrupuna aid olan qidalar sırasında ət və süd məhsullarını göstərmək: 
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


“Ümumiyyətlə yayda tempratur yüksək olduğu üçün qidaların saxlanma şəraitinə və bişirilməsinə mütləq diqqət etmək lazımdır. Ət və süd məhsulları zülal tərkibli maddələrdir.

Xüsusilə də, həmin qidalar soyuducuda saxlanmalı, donu açıldıqdan sonra bir dəfəlik istifadə üçün hazırlanmalıdır. Eyni zamanda bişirildikdən sonra da qalmamalıdır. Həmçimin, tərkibində mayonez olan ət və tərəvəz tərkibli salatlar da mütləq soyuducuda saxlanılmalıdır. 

Əks halda, otaq temperaturunda qaldıqda onların tərkibində mikrobioloji çirklənmələr baş verir ki, belə qidaları da qəbul etdikdən sonra orqanizmdə zəhərlənmə baş verə bilər”. 

Ekspert vurğulayıb ki, hazır şəkildə aldığımız qidalar daha böyük fəsadlara səbəb ola bilir: 

“Eyni zamanda yarımfabrikat məhsullar insan orqanizmində immun sistemini aşağı salır, həzm sistemini pozur. Xüsusilə də, tərkiblərində kimyəvi qatqılar olduğu üçün yay aylarında tez xarab olur. Ona görə də, yayda yarımfabrikat məhsulların istifadəsi tamamilə yolverilməzdir. 
Bundan əlavə,əksəriyyət yay mövsümündə açıq havada restoranlarda və yaxud istirahət mərkəzlərində vaxt keçirir. Burda sifariş edərkən üstünlüyü yeni bişirilən və daha çox qarışıq olmayan qidalara vermək lazımdır. Öncədən hazırlanmış qidalar yaxud salatlar hər zaman risk mənbəyidir”. 

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO