Şimal bölgəsində şəkər tozu QITLIĞI - Çarə tapılacaqmı?

Şimal bölgəsində şəkər tozu QITLIĞI - Çarə tapılacaqmı?

Hazırda oxunan: Şimal bölgəsində şəkər tozu QITLIĞI - Çarə tapılacaqmı?

144863

Şimal bölgəsinin Quba, Xaçmaz rayonlarında şəkər qıtlığı  problemi davam edir.

Bizim.Media-ya müraciət edən sakinlər və meyvəçiliklə məşğul olan fermerlər məhsulun mövsümü olduğu vaxtda şəkər tozunun mağaza və bazarlarda az olmasından şikayət edirlər.

Bildirirlər ki, bazarlarda satıcılara 2 kiloqramdan artıq şəkər tozu satılmır. Bəzi marketlərdə şəkər tozu kifayət qədər olsa da bəzilərində heç tapılmır.

Sakinlər şəkər tozunun qıtlığından əlavə, qiymətin bahalaşmasından da narazıdırlar. Deyilənə görə, bir müddət əvvəl mağazalarda kiloqramı 1 manat 57 qəpik olan şəkər tozunun qiyməti, indi 1manat 70 qəpiyə qalxıb.

Bəzi yerlərdə isə qiymət daha bahadır. Belə ki, rayon mərkəzlərindən şəkər tozunu ucuz alıb ucqar kəndlərdəki mağazalarda 1 manat 85 qəpiyə satılması halları da var.

Bizim.Media-nın sorğusuna şəkər tozunun istehsal edildiyi "Azərsun Holding" MMC-nin  ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov cavab olaraq bildirdi ki, bu barədə sorğu çoxdur.

Hazırda açıqlama hazırlanır və  ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Xaçmazda şəkər tozu problemini ilk olaraq Bizim.Media ictimailəşdirib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO