Şəhərin mərkəzində əhalinin ayda 300 manat parklanma haqqı ödəyəcəyi iddiasına  AYNA-dan AÇIQLAMA

Şəhərin mərkəzində əhalinin ayda 300 manat parklanma haqqı ödəyəcəyi iddiasına  AYNA-dan AÇIQLAMA

Hazırda oxunan: Şəhərin mərkəzində əhalinin ayda 300 manat parklanma haqqı ödəyəcəyi iddiasına  AYNA-dan AÇIQLAMA

144853

Bu gün səhər “Şəhərin mərkəzində yaşayanlar parklanmaya ayda 300 manat ödəyəcək?” başlıqlı analitik yazı dərc etmişdik. Yazıda paytaxt və digər mərkəzi şəhərlərdə parklanma qiyməti ilə bağlı hökümətin qərarı və bu qərarın icrasından gözləntilər şərh olunmuşdu.

Yazıda qeyd olunmuşdu ki, yeni qaydaların tətbiqi bəzi suallar doğurur. Onlardan biri də şəhərin mərkəzində işləyən və yaşayan avtomobil sahiblərinin ayda 300 manata qədər parkinq haqqı ödəmək zorunda qalmasıdır.

Dərc olunan materiala AYNA-dan operativ reaksiya olub.

Qurumdan Bizim.Media-ya ünvanlanan  açıqlamada bildirilir ki, parklanma yerlərinin tarifləri Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunub:
 

MÖVZU İLƏ BAĞLI:

Şəhərin mərkəzində yaşayanlar parklanmaya ayda 300 manat ödəyəcək?


“Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında qərara əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla, Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib.

Gəncə və Sumqayıt şəhərlərinin mərkəzi hissələrdə parklanmanın 1 saatı üçün 40 qəpik, digər ərazilər üçünsə 20 qəpik ödəniş edilməsi nəzərdə tutulub.   

Şəhər mərkəzi ilə kənar yaşayış məntəqələrində yerləşən parklanma yerlərinə görə qiymətlərin diversifikasiyası həyata keçirilib. Bakı şəhəri üzrə 4 parklanma zonası müəyyən edilib və ödənişlər hər zonaya uyğun tətbiq edilir. 

Ödənişli parklanma yalnız parklanmanın sıxlığa səbəb olduğu və əlçatanlığın təmin edilmədiyi ərazilərdə tətbiq ediləcək.

Şəhərin hansısa hissəsində parkinqə olan tələbat azdırsa, bu ərazidə qiymət tənzimlənməsi tətbiq edilməyəcək.

“Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklanarsa, ödəniş tam məbləğdə hesablanır.

Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.

Qurumdan bildirilir ki, “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərində parklanmaya görə ödənişin edilməsini tənzimləyir:
“Sözügedən qərar dövlət avtomobil yollarının tərkibinə daxil edilən sahələrdə təşkil olunan küçə parklanma yerlərinə aiddir. Özəl və küçədənkənar parklanma yerlərinin idarə olunması, ödəniş məbləği və digər qaydalarla bağlı qərarlar mülkiyyətçinin özü tərəfindən müəyyən edilir”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO