Bakı Baş Gömrük idarəsinin yeni rəisi Elmir Ramazanov kimdir? – DOSYE

Bakı Baş Gömrük idarəsinin yeni rəisi Elmir Ramazanov kimdir? – DOSYE

Hazırda oxunan: Bakı Baş Gömrük idarəsinin yeni rəisi Elmir Ramazanov kimdir? – DOSYE

144816

Xəbər verdiyimiz kimi Bakı Baş Gömrük idarəsinə yeni rəis təyin olunub. Bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov ötən gün sərəncam imzalayıb.

Bizim.Media Bakı Baş Gömrük idarəsinin yeni rəisi Elmir Ramazanovla bağlı araşdırma aparıb.
 

MÖVZU İLƏ BAĞLI:

Baş Gömrük İdarəsinə yeni rəis təyinatı olub - FOTO


Məlum olub ki, Elmir Ramazanovun 35 yaşı var. O, 1988-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bitirib.

İkinci təhsil kimi isə 2022-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdareçilik Akademiyasının, Dövlət və bələdiyyə idarəetməsi fakültəsinə daxil olub. Elmir Ramazanov 2012-ci ildən əmək fəaliyyətinə başlayıb. Onun ilk iş yeri Vergilər Nazirliyi olub. 

O, 2012-ci ildən vergi sistemində sıravi inspektor vəzifəsində fəaliyyətə başlasa da uğurlu karyeraya sahibdir. E.Ramazanov cavan yaşlarından Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Həmçinin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini vəzifəsinə qədər yüksəlib.

2022-ci ilin avqustun 15-də Dövlət Gömrük Komitəsi sədrinin sərəncamı ilə Bakı Baş Gömrük idarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Ötən gündən sonra rəis vəzifəsinin icrasına başlayıb.

Ailəlidir, bir övladı var.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO