Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 39 müntəzəm marşrut xətti üzrə 126 avtobusun hərəkət intervalında gecikmələr var.
Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 25-30 dəqiqə gecikmə müşahidə olunur.
2. Tbilisi prospekti – 20 Yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə var.
3. Zabrat şosesi – şəhər istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 19-25 dəqiqə gecikmə müşahidə olunur.
4. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, E1, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-18 dəqiqə gecikmə qeydə alınır.
5. Yavər Əliyev küçəsi – Aeroport şosesi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən 24, 35, 40, 49, 113, 184, 208, 209 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 25-30 dəqiqə gecikmə müşahidə olunur.
6. Qara Qarayev prospekti – Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64, 81, E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-24 dəqiqə gecikmə var.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:05 / 06.07.2023
Bakıda 126 marşrut avtobusu GECİKİR
Hazırda oxunan: Bakıda 126 marşrut avtobusu GECİKİR
Hazırda oxunan: Bakıda 126 marşrut avtobusu GECİKİR
144805
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.