Məktəb direktoru olmaq istəyənlər bu gün imtahan verəcəklər

Məktəb direktoru olmaq istəyənlər bu gün imtahan verəcəklər

Hazırda oxunan: Məktəb direktoru olmaq istəyənlər bu gün imtahan verəcəklər

144800

Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı keçirilir.

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Ümumilikdə 1889 namizədin dəvət edildiyi test imtahanı ölkə üzrə 8 şəhər olmaqla 9 mərkəzdə təşkil olunur.

“Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, müsabiqə yazılı imtahan və müsahibə mərhələsindən ibarət olacaq.

İmtahanın müddəti 90 dəqiqədir. Yazılı imtahan mərhələsi test imtahanı və yazı işindən ibarətdir. 

Test imtahanında namizədlərə pedaqogika, metodika ilə bağlı 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik, menecment, riyazi məntiq ilə bağlı hər birinə aid 10 sual olmaqla, ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. 
Sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO