Yəhudi əsilli deputat və xanımı Qubaya səfər ETDİ - FOTO

Yəhudi əsilli deputat və xanımı Qubaya səfər ETDİ - FOTO

Hazırda oxunan: Yəhudi əsilli deputat və xanımı Qubaya səfər ETDİ - FOTO

144742

Bu gün  Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının yəhudi əsilli deputatı Mixael Fraylix və onun jurnalist xanımı Nexama Blox Quba rayonuna səfər edib. 

Bizim.Media-nın bölgə müdiri xəbər verir ki, səfərdə Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan - Belçika parlamentlərarası işçi qrupunun rəhbəri, deputat Kamal Cəfərov və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səfər Səfərli iştirak edib.

Səfər çərçivəsində qonaqlarla Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi müdirinin iştirakı ilə görüş keçirilib. 
Sonra  qonaqlar dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə, buradakı sinaqoqlar, Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi ilə tanış olub və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət ediblər.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO