Xaçmaz Ticarət Mərkəzindəki mənimsəmə faktı üzrə cinayət işi BAŞLANILDI - ÖZƏL

Xaçmaz Ticarət Mərkəzindəki mənimsəmə faktı üzrə cinayət işi BAŞLANILDI - ÖZƏL

Hazırda oxunan: Xaçmaz Ticarət Mərkəzindəki mənimsəmə faktı üzrə cinayət işi BAŞLANILDI - ÖZƏL

144728

Xaçmaz rayon sakini Azər Səfərova məxsus “Qayalı” ticarət mərkəzində pul vəsaitinin mənimsənilməsinə dair daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bizim.Media-nın bölgə müxbirinə bu barədə Xaçmaz rayon prokurorluğu məlumat verib.

Araşdırma zamanı Xaçmaz rayon sakini Şərafəddin Hacıyevin həmin ticarət obyektində menecer vəzifəsində işləyərkən ona etibar edilmiş 92 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Şərafəddin Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO