Qubaya düşən yağıntı bu körpünü DAĞITDI - FOTO/VİDEO

Qubaya düşən yağıntı bu körpünü DAĞITDI - FOTO/VİDEO

Hazırda oxunan: Qubaya düşən yağıntı bu körpünü DAĞITDI - FOTO/VİDEO

144642

Ötən gün Qubaya yağan dolu və intensiv yağış rayonun dağ kəndlərində yenidən fəsadlar yaradıb.

Bizim.Media-nın bölgə müxbiri xəbər verir ki, Babaçaya gələn güclü sel Dərk yolunu bağlayıb.

Bildirilib ki, Cimi, Çayqovuşan-Adur-Yerfi istiqamətində yolları dağıdıb. Sakinlərin sözlərinə görə, yollarda hərəkət mümkünsüz olub.

Qubadakı 11 saylı xüsusi təyinatlı yol istismar idarəsinin rəisi Hikmət Seyidov Bizim.Media-ya bildirib ki, güclü sel Çayqovuşan-Yerfi, Çayqovuşan-Adur, Qayadal,Talışı və Dərk yolunu dağıdıb.

"İyunun 23-də güclü selin dağıtdığı Yerfi körpüsü bu dəfə də seldən zərər  çəkib. Hazırda yol idarəsinin 6 texnikası və işçi qüvvəsi selin fəsadlarının aradan qaldırılması ilə məşğuldur. Yerfi körpüsünün bərpası istiqamətində iş aparılır", - deyən H.Seyidov dağ kəndlərinə gedən yol qismən açılsa da tam açılması üçün işlər davam etdirildiyini qeyd edib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO