Qubada 83 yaşlı qadın kanala düşüb? - TƏFƏRRÜAT

Qubada 83 yaşlı qadın kanala düşüb? - TƏFƏRRÜAT

Hazırda oxunan: Qubada 83 yaşlı qadın kanala düşüb? - TƏFƏRRÜAT

144627

Qubanın Hacıqayıb kənd sakini, 83 yaşlı Cümə Mehdi qızı Heydərova Samur-Abşeron kanalına düşüb.

Bizim.Media-nın bölgə müxbiri xəbər verir ki, bunu onun qohumları ehtimal edir.

Məlumata görə, yaşlı qadın yaşadığı kənddən Barlı kəndinin yanına gəlib və burada kanalın yanında əl əsası və ev başmaqları tapılıb.

Hazırda onun həqiqətən kanala düşüb düşməməsi araşdırılır. FHN-nin xilasediciləri axtarışlara başlayıb.

Quba FHK-nın sədri Tariyel İbrahimov faktı təsdiqləyib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO