Zaqatalada yüksək NƏTİCƏ: Güləş yarışına 120 yeniyetmə QATILDI - FOTO

Zaqatalada yüksək NƏTİCƏ: Güləş yarışına 120 yeniyetmə QATILDI - FOTO

Hazırda oxunan: Zaqatalada yüksək NƏTİCƏ: Güləş yarışına 120 yeniyetmə QATILDI - FOTO

144615

Rayonda yeniyetmə və gənclərin idmana marağı günü-gündən artmaqdadır.

Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.  

Rayon Gənclər və İdman İdarəsi ilə Zaqatala Dağlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin birgə təşkil etdiyi yarışlar gözlənildiyindən böyük maraq və coşqu ilə keçib. 

Dağlı kənd şəhidlərinin əziz xatirəsinə həsr edilən 11 -12 yaşlı yeniyetmə gənclər arasında sərbəst güləş idman növü üzrə Zaqatala rayon birinciliyində 120 idmançı qeydiyyatdan keçib.

Açılış mərasimində rayon Gənclər və İdman İdarəsini əməkdaşları ilə birlikdə, məşqçi müəllimlər, Dağlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi və Şəhid ailələri iştirak edib. 

Maraqlı idman mübarizəsi şəraitində keçən sərbəst güləş yarışlarında iştirak edən və özlərinin fiziki hazırlığını göstərən yeniyetmələr məşqçilər tərəfindən qeydə alınıb. Daha fəal və fiziki hazırlıqlı uşaqların rayon milli komandası nəzdində fəaliyyətlərinin davam etdirilməsi nəzərdə tutulur. 

Yarışın sonunda qaliblər medal və diplomlarla təltif edilib. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO