Naxçıvanda antik dövrə aid qəbir abidəsi və keramika nümunələri AŞKARLANIB - FOTO 

Naxçıvanda antik dövrə aid qəbir abidəsi və keramika nümunələri AŞKARLANIB - FOTO 

Hazırda oxunan: Naxçıvanda antik dövrə aid qəbir abidəsi və keramika nümunələri AŞKARLANIB - FOTO 

144564

AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Tumbultəpə qədim yaşayış yerində tədqiqatlara başlayıb.

Bizim.Media NUHÇIXAN-a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində burada antik dövrə aid qəbir abidəsi  və keramika nümunələri aşkar olunub. 

Arxeoloji ekspedisiyanın rəhbəri professor Vəli Baxşəliyev bildirib ki:

"Bu yaşayış yeri ilk dəfə 2017-ci ildə aparılan arxeoloji kəşfiyyat işləri zamanı qeydə alınıb və burada enolit dövrünə aid keramika nümunələri üzə çıxarılıb. Hal hazırda aparılan araşdırmalar göstərir ki, Tumbultəpə yaşayış yeri çoxtəbəqəli abidədir. Ola bilsin ki, burada  enolit və neolit dövrünə aid maddi mədəniyyət nümunələri də aşkar olunsun". 
Qeyd edək ki, hələlik təpənin yalnız üst qismi qazılıb və bu qədim yaşayış yerində genişmiqyaslı tədqiqat işlərinin aparılması nəzərdə tutulur. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO