Masallıda 59 yaşlı kişi itkin DÜŞDÜ - FOTO

Masallıda 59 yaşlı kişi itkin DÜŞDÜ - FOTO

Hazırda oxunan: Masallıda 59 yaşlı kişi itkin DÜŞDÜ - FOTO

144528

Masallıda 59 yaşlı kişi itkin düşüb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. 

Bildirilib ki, rayonun Böyük Xocavar kəndində yaşayan 1961-ci il təvəllüdlü Məmmədov Mehman Nəzir oğlu iyun ayının 14-ü saat 11 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb. 

"Mehman Məmmədovun əlamətləri bunlardır: Boyu 168 sm, gözləri qəhvəyi rəngdədir, orta bədən quruluşludur. Evdən çıxarkən əynində mavi rəngli qısqaqol köynək, tünd göy rəngli şalvar, qara rəngli ayaqqabı olub. 
Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-3942 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO