"Qarabağda Konstitusiyanın birbaşa qüvvəsi təmin edildi" - İnam Kərimov

Hazırda oxunan: "Qarabağda Konstitusiyanın birbaşa qüvvəsi təmin edildi" - İnam Kərimov

144466

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və Ordumuzun düşmən üzərində böyük qələbəsindən sonra azad olunmuş ərazilərimizdə Konstitusiyanın birbaşa qüvvəsi təmin edildi. Həmçinin bu möhtəşəm qələbə ilə regionumuzda yeni geosiyasi reallıqlar formalaşdı.

Bizim.Media xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Bakıda Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanununvericiliyin inkişafı” mövzusunda keçirilmiş beynəlxalq konfransda bildirib.

O qeyd edib ki, hazırda bu reallıqlar fonunda ölkəmizin qlobal əhəmiyyəti daha da artıb. Həm ölkəmiz, həm də ölkəmizin məhkəmə sistemi qarşısında yeni çağırışlar meydana gəlir.

“Bu çağırışlara cavab verə biləcək ən önəmli yol birgə əməkdaşlıqdır. Azərbaycan Respublikası Ali Məhkəməsi olaraq biz bütün tərəfdaşlarımızla ölkəmizdə müasir tələblərə cavab verən məhkəmə sisteminin formalaşmasına töhfə verə biləcək istənilən dialoqa və əməkdaşlığa hazırıq”, - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO