“Yaxın zamanlarda Bakıda bundan güclü zəlzələ olmayacaq”.
Bunu Bizim.Media-ya açıqlamasında seysmoloq Ənvər Əliyev deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda 5,7 bal gücündə ZƏLZƏLƏ OLUB - VİDEO
O bildirib ki, Bakının zəlzələ tarixinə baxsaq görərik ki, Bakıda 7-8 bal gücündə zəlzələ olması mümkün deyil:
“Buna xırda bir sübut deyim. Görün “Qız qalası” neçə əsrdir sağlam dayanır?! Ötən əsrlərdə Bakıda güclü zəlzələ olsaydı, bunun təsirini biz Qız qalasının üzərində hiss edərdik. Qeyd edim ki, Azərbaycan ərazisində zəlzələlərin ocağı əsasən Abşeron yarımadasının şimal-şərqində və Bakının cənub hissəsi Duvannı deyilən ərazilərdə var. Zaman-zaman bu ərazilərdə baş verən zəlzələlər Bakıda da hiss olunur”.
Seysmoloq bir məsələni də qeyd edib ki, bu cür zəif zəlzələlərin baş verməsi əslində pis hal deyil:
“Məhz belə xırda zəlzələlərin baş verməsi bizi dağıdıcı zəlzələlərdən sığortalayır. Çünki, yerin təkindəki enerji, güc boşalmaq məcburiyyətindədir. Belə xırda zəlzələlər hesabına da yerin təkindəki güc boşalır. Bu hesaba da dağıdıcı zəlzələlərin baş vermə ehtimalı minimuma enir”.
Surxay Atakişiyev, Bizim.Media