Dəmir yoluna baxış keçirilir - Hərəkət sürəti qismən aşağı salındı

Dəmir yoluna baxış keçirilir - Hərəkət sürəti qismən aşağı salındı

Hazırda oxunan: Dəmir yoluna baxış keçirilir - Hərəkət sürəti qismən aşağı salındı

144410

"Azərbaycan Dəmir Yolları" QSC baş vermiş zəlzələ ilə əlaqədar yol infrastrukturuna kompleks baxış keçirir.

QSC-dən Bizim.Media-ya bildirilib ki, iyulun 4-də saat 00.01 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası gecə boyu bütün infrastruktur obyektlərinə texniki baxış keçirib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılıb.

Hazırda proses davam etdirilir.

Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla bağlı qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO