Yeni doğulan daha bir şəhid övladının adına hesab açıldı - FOTOLAR

Yeni doğulan daha bir şəhid övladının adına hesab açıldı - FOTOLAR

Hazırda oxunan: Yeni doğulan daha bir şəhid övladının adına hesab açıldı - FOTOLAR

14440

"YAŞAT" Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, daha bir şəhidimizin yeni doğulan övladının - şəhidimiz, kapitan Nurlan Mustafayevin övladı Nurlanın zəruri xərcləri Fond tərəfindən qarşılanıb. 

 

MÖVZU İLƏ BAĞLI:

“YAŞAT” Fondu daha 2 şəhidin övladına hesab açır - FOTOLAR


Bu məqsədlə 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq.

Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək.

Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Allah şəhidimizə rəhmət etsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO