DİM: Bütün test tapşırıqları riyazi modellə uzlaşmır

DİM: Bütün test tapşırıqları riyazi modellə uzlaşmır

Hazırda oxunan: DİM: Bütün test tapşırıqları riyazi modellə uzlaşmır

144394

“Praktikada bütün test tapşırıqları riyazi modellə uzlaşmır və model işlədiləndə onunla uzlaşmayan test tapşırıqları atılmalı olur. Belə hallar, əsasən, test tapşırıqlarında müxtəlif qüsurların, məsələn, üstünlüyə malik distraktorun, yaxud çox zəif diskriminasiya xassəsinin olmasının nəticəsidir”. 

Bizim.Media xəbər verir ki, bu barədə 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialların əks olunduğu Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat yer alıb.

Bildirilib ki, test tapşırıqlarının sınaqdan keçirilməsi və sonradan nəticələrinin emalı - test tapşırıqlarının kalibrlənməsi aparılır: "Test tapşırıqlarının parametrləndirilməsi iki model – Rasch və ikiparametrli logistik model əsasında həyata keçirilir. Rasch modelində bütün test tapşırıqları eyni diskriminasiya (ayırdetmə) göstəricisinə malikdir. Bu, əslində, çox sərt fərziyyədir və praktikada özünü nadir hallarda doğruldur”. 

Bildirilib ki, ikiparametrli logistik modeldə isə test tapşırıqlarının diskriminasiya göstəriciləri bir-birindən fərqlənir:

“Bu modelin Rasch modelinə nəzərən üstünlüyü onun empirik (real) məlumatlarla daha yüksək uzlaşma səviyyəsinə malik olmasıdır. İkiparametrli logistik model əsasında bilik və bacarıqların qiymətləndirilməsi BILOG-MG proqram təminatı əsasında aparılır. Praktikada bütün test tapşırıqları riyazi modellə uzlaşmır və model işlədiləndə onunla uzlaşmayan test tapşırıqları atılmalı olur. Belə hallar, əsasən, test tapşırıqlarında müxtəlif qüsurların, məsələn, üstünlüyə malik distraktorun, yaxud çox zəif diskriminasiya xassəsinin olmasının nəticəsidir. Model tətbiq edilərkən sınaq iştirakçılarının motivasiya səviyyəsi də nəzərə alınmalıdır. Başqa sözlə, informasiyanın emalı prosesində sınaq iştirakçısının imtahan prosesində mümkün olan ən yüksək nəticəni əldə etmək marağı hesaba alınmalıdır.

Bununla əlaqədar olaraq test tapşırıqları parametrləndirildikdə, onlara cavab verməkdən çoxlu sayda imtina edən abituriyentlər sınaq iştirakçıları seçməsindən çıxarılır. Yeni testlərin tərkibində parametrləndirilmiş tapşırıqlardan istifadə edilməsi testləşdirmə aparılan fənn üzrə qabiliyyət göstəricisi şkalasına yeni test tapşırıqlarının əlavə edilməsinə imkan verir. Beləliklə, kalibrlənmə həyata keçirildikdən sonra eyni tapşırıqlara malik olmayan müxtəlif testlərin nəticələrini müqayisə etmək imkanı yaranır. Bununla yanaşı, müxtəlif imtahanlarda eyni imtahan iştirakçılarının olması da, bu imtahanlardakı testlərin nəticələrini müqayisə etməyə imkan verir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO