İlham Əliyevdən “DAVAM”çı gənclərə etimad

İlham Əliyevdən “DAVAM”çı gənclərə etimad

Hazırda oxunan: İlham Əliyevdən “DAVAM”çı gənclərə etimad

14439

Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin təqdimatı ilə "DAVAM” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, hərəkatın funksionerləri Sabir Rüstəmli və Niyaz Əliyev Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin İdarə Heyətinin üzvü təyin ediliblər.

Bununla bağlı Sosium.az-a danışan "DAVAM” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı bildirib ki, son qurultaydan sonra partiyanın fəaliyyətində müəyyən dəyişikliklər həyata keçirilib:

 

MÖVZU İLƏ BAĞLI:

"Davam” Gənclər Hərəkatının sədri AK Partidə görüşlər keçirdi - FOTO


"Bundan sonra Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin İdarə Heyətinin üzvləri partiya sədrinin təqdimatı ilə partiyanın idarə Heyətinin iclasında təsdiq ediləcək".

"Artıq Möhtərəm Cənab Prezident, partiyamızın sədri həm mənim, həm də hərəkatımızın rəhbərliyində təmsil olunan – Sabir Rüstəmli və Niyaz Əliyevin təyinatını verib və dünən partiya İdarə Heyətinin iclasında təyinat rəsmən təsdiq olunub. Ümumilikdə partiyanın Gənclər Birliyinin İdarə Heyətinin üzvlərinin sayı 30 nəfər hədində müəyyən edilib”.

Nihad Allahyarlı qeyd edib ki, tarixi ZƏFƏR yazan Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında partiyanın fəaliyyətində bundan sonra yaxından iştirak edəcəklər:

"Bu bizim üçün çox böyük etimaddır. Cənab Prezidentə həm öz adımdan, həm də bütün "DAVAM”çılar adından bu böyük etimada görə dərin təşəkkürümü bildirirəm".

"İlham Əliyev kimi bir liderin rəhbəri olduğu partiyada fəaliyyət göstərmək bizim üçün fəxrdir və bizə göstərilən bu yüksək etimadı layiqincə doğrultmağa çalışacağıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO