“Gömrük Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirilsin” - TƏKLİF

“Gömrük Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirilsin” - TƏKLİF

Hazırda oxunan: “Gömrük Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirilsin” - TƏKLİF

14435

Xəbər verildiyi kimi bir qrup sahibkar ötən gün Gömrük Komitəsinin qarşısında etiraz aksiyası keçirib. Qurumun qanunsuz əməllərindən cana doyduqlarını bildirən sahibkarlar Gömrük Komitəsinin onların fəaliyyətinə yaratdığı süni problemlərin aradan qaldırılmasını, qanunlara əməl olunmasını tələb ediblər.

Sahibkarlar ötən ilin sentyabr ayından sonra Gömrük Komitəsinin onların başına oyun açdığını, problemlərini həll etmək üçün qurumun heç bir rəsmi nümayəndəsi ilə görüşə bilmədiklərini deyiblər.

 

MÖVZU İLƏ BAĞLI:

Hava Nəqliyyatı Baş Gömrük İdarəsində nə baş verir? – Sahibkar 8 aydır qapılarda qalıb - ŞİKAYƏT


Müşahidələr göstərir ki, pandemiya dövründə Gömrük Komitəsinin fəaliyyətindən narazılıq edənlərin sayı artıb.

Təkcə sahibkarlar deyil, xaricdən mal və məhsul sifariş edən sadə vətəndaşlar, eləcə də daşıyıcı şirkətlər Komitənin onlara süni əngəllər yaratdığnı, əlavə vəsait tələb etdiyini iddia edirlər. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə Azərbaycanda Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı hər zaman narazılıqlar və ciddi suallar olub:

“Azərbaycan müstəqillik əldə edəndən sonra Gömrük Komitəsi ən çox müzakirə olunan və biznes çevrələrini narahat edən orqanlardan, bəzi hallarda hətta birincisi olub. Onların iş fəlsəfəsi tamam fərqli qurulmalı idi.

 

Gömrük Komitəsinin əsas vəzifəsi ölkə daxilində istehsalçıları qorumaq və xaricdən gətirilən analoji məhsullarla bağlı müəyyən gömrük rüsumları vasitəsilə tənzimləmə həyata keçirsin. Çox təssüf ki, Azərbaycanda gömrük orqanları bu fəlsəfə ilə çalışmır. Bu komitənin əsas vəzifəsi maneələr yaratmaq olub.


Bunun həll yolları iki istiqamətdən olmalıdır. Biri hüquqi qanunvericilikdə dəyişikliklər - Gömrük Məcəlləsinin yenidən qurulıması və ya müasir dünyaya uyğunlaşdırılması yolu ilə, digəri Gömrük Komitəsinin ayrıca müstəqil qurum kimi qalmasına ehtiyac yoxdur”.

Ekspert qeyd edib ki, ölkədə vergi-gömrük siyasətinin bir mərkəzdən idarə olunmasında yarar var:

“Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyinin tərkibində departament kimi fəaliyyət göstərməsi daha məntiqli olardı. O zaman Komitə özündən bəzi qaydalar icad etməzdi. Avtomobil gətirənlərdən digər məhsullara qədər rəsmi qiymətləri tanımırlar, özləri qiymətləndirmə aparırlar.

"Xüsusilə pandemiya dövründə gömrük orqanları və digər orqanlar elə çalışmalı idilər ki, əksinə iş adamlarına kömək olsunlar".

"Zatən gəlirlər azalır, işsilik artır. Vətəndaşlara daha çox yardım və xidmət göstərməlidirlər. Bu mənada pandemiya şəraitində belə bir fəaliyyətin sərtləşməsi təssüf doğurur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO