BİZİM TƏQVİM: 4 iyulda dünyada hansı hadisələr baş verib?

BİZİM TƏQVİM: 4 iyulda dünyada hansı hadisələr baş verib?

Hazırda oxunan: BİZİM TƏQVİM: 4 iyulda dünyada hansı hadisələr baş verib?

144333

4 iyul tarixində baş verən mühüm hadisələr:

1. 1776-cı ilin bu günündə ABŞ Konqresi ölkənin Britaniyadan müstəqilliyini elan edib. 

2. 4 iyul 1827-ci ildə Nyu-Yorkda köləlik ləğv edilib.

3. 1848-ci ilin bu günüdə  Karl Marks və Fridrix Engelsin yazdığı Kommunist Partiyasının manifesti nəşr edilib. 

4. 4 iyul 1865-ci ildə "Alisa möcüzələr ölkəsində" əsəri ilk dəfə nəşr edilib. 1876-cı ilin 4 iyulunda San-Fransiskoda dünyada ilk dəfə olaraq elektrotexniki avadanlıqlar sərgisi açılıb. Elektrik işığı ilk dəfə bu sərgidə nümayiş etdirilib.

5. 4 iyul 1918-ci ildə  Osmanlı sultanı VI Mehmed taxta çıxıb. 

6. 1932-ci ilin 4 iyulunda Türkiyədə dövrün daxili işlər naziri Şükrü Kaya avtomobillə Ankaradan İstanbula gedən ilk adam oldu.

7. Amerika Birləşmiş Ştatları 1946-cı ilin 4 iyul tarixində - öz milli bayramı günü Manilada imzalanan müqaviləyə əsasən Filippinə tam müstəqillik verib.

4 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. 1546-cı ilin bu günü Osmanlı sultanı III Murad dünyaya gəlib. O, 1574-1595-ci illər arasında 21 il hökm sürüb.

2. 4 iyulda Qacarlar sülaləsinin banisi Ağa Məhəmməd şah öz yaxın adamları tərəfindən Şuşada qətlə yetirilib (1741-1797).

3. İtaliyanın xalq qəhrəmanı Cüzeppe Haribaldi 1807-ci ilin bu günü anadan olub.

4. 4 iyul Azərbaycanın ilk bəstəkar qadınlarından olan Ağabacı Rzayevanın xatirə günüdür. Bakı Konservatoriyasında oxuyan, böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylidən dərs alan A.Rzayevanın yaradıcılığında mahnı və romanslar mühüm yer tutur. (1912-1975)

5. Radium elementini kəşf edən, 2 dəfə Nobel fizika mükafatını qazanan polyak mənşəli Fransa fiziki Mariya Küri 1934-cü ilin 4 iyulunda dünyasını dəyişib.

6. 4 iyul 1994-cü ildə Türkiyənin Yunanıstandakı Səfirliyinin müşaviri Ömər Haluk Sipahioğlu Afinada uğradığı silahlı hücum nəticəsində şəhid oldu.

7. Azərbaycan hərbçisi, Milli Qəhrəman Tabil Həsənov 4 iyul 1960-cı ildə anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO