Rusiyanın müdafiə naziri Sergey Şoyqu iyunun 23-25-də Rusiyada "Vaqner" özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojin tərəfindən sabitliyin pozulması cəhdini şərh edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya rus mətbutaında yer alıb.
“Bu planlar ilk növbədə ona görə baş tutmadı ki, Silahlı Qüvvələrin şəxsi heyəti hərbi anda və hərbi borca sadiqlik nümayiş etdirdi.
Təxribat qoşun qruplaşmalarının hərəkətlərinə təsir etmədi. Hərbçilər cəsarətlə və fədakarlıqla onlara tapşırılan vəzifələri həll etməyə davam etdilər”, - Rusiyanın müdafiə naziri bildirib.
Bizim.Media