Məktəbli qızlar selfi çəkərkən yıxılıb?

Məktəbli qızlar selfi çəkərkən yıxılıb?

Hazırda oxunan: Məktəbli qızlar selfi çəkərkən yıxılıb?

14425

Martın 9-da Abşeron rayonunun Qobu qəsəbəsində 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızının intihar etməsi barədə aidiyyatı dövlət qurumları ilə birlikdə müvafiq işlər aparılır.

Bu barədə Bizim.Media-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Bakıda dəhşətli intihar: İki gənc qız binanın damından özünü atdı


O bildirib ki, komitənin əməkdaşları hadisə baş verən gün hər iki yeniyetmənin ailəsi ilə görüşüblər.

“Məsələnin hansı səbəbdən baş verməsi ilə bağlı araşdırılma aparılır. Yeniyetmələrin valideynləri, müəllimi danışıb. Ailənin komitənin əməkdaşlarına verdiyi məlumata görə, qızların selfi çəkərkən yıxılması ehtimal edilir.

Eyni zamanda, onların sosial vəziyyətləri də pis olmayıb ki, buna görə intihar etsinlər. Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır”, - deyə komitə rəsmisi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO